"Sumqayıt"ın futbolçusu əməliyyat olundu
“Sumqayıt”ın futbolçusu Vüqar Mustafayev əməliyyat olunub.
Sportline.az xəbər verir ki, yarımmüdafiəçi sağ dizində zədəyə bağlı yaranmış osteofit çıxıntılar səbəbindən cərrahi müdaxiləyə ehtiyac duyub.
Mustafayevin Bakıdakı özəl klinikaların birində baş tutan əməliyyatı uğurlu alınıb.
Onun iki ay ərzində yenidən yaşıl meydanlara dönməsi planlaşdırılır.