Tamerlan Əzizov beynəlxalq turnirin yarımfinalında

Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında beynəlxalq yarış keçirilir.

Sportline.az xəbər verir ki, yerli federasiya və Beynəlxalq Tennis Federasiyasının birgə əməkdaşlığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan 18 yaşlıların J4 Baku (Grade 4) beynəlxalq reytinqli tennis turnirində 1/4 final yekunlaşıb.

Ardıcıl 2 oyunda qalib gələn təmsilçimiz Tamerlan Əzizov bu dəfə də qələbə qazanıb. İdmançımız 1/4 finalda rusiyalı Amir Asilqocayevi hər iki setdə məğlub edib: 6:4 və 6:0.

Yarımfinalda Tamerlan Əzizov rusiyalı Vladimir Pavlovla, belaruslu Ruslan Kastyukeviç rusiyalı Viktor Kuznetsovla üz-üzə gələcək.

Qızların yarışında isə rusiyalılar Darya Şadçneva Vlada Qurıleva ilə, Anna Puşkareva Kseniya Smirnova ilə mübarizə aparacaq.

Bir çox yerli və silsilə beynəlxalq yarışlara ev sahibliyi edən Bakı Tennis Akademiyasında keçirilən budəfəki turnirlər 11 dekabr tarixinədək davam edəcək.