Tennisçilərin Bakı çempionatı keçiriləcək

Bakı Tennis Akademiyası daha bir yarışa ev sahibliyi edəcək.

Sportline.az xəbər verir ki, söhbət Bakı çempionatından gedir.

Noyabrın 7-də başlanacaq yarış 5 gün davam edəcək. Çempionatda 12 yaşdan yuxarı tennisçilər mükafatlar uğrunda mübarizə aparacaqlar. Yarışa marağın böyük olacağı gözlənilir.

Müxtəlif yaş kateqoriyalarında keçiriləcək gərgin mübarizəni izləmək üçün hamınızı Bakı Tennis Akademiyasına dəvət edirik.