Tiaqo Dyalo İtaliya klubu ilə razılaşıb
Portuqaliya müdafiəçi Tiaqo Dyalo İtaliya klubuna keçir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 23 yaşlı futbolçu "Yuventus" klubunda çıxış edəcək."Qoca Sinyora" Tiaqo Dyalo üçün "Lill"ə 3,5 milyon avro və daha sonrakı satışın 10%-ni ödəyəcək.
Fransa klubu portuqaliyalı üdafiəçinin keçidinə icazə verdiyini bildirib.
Qeyd edək ki, Tiaqo Dyalo "Lill" forması ilə çıxdğı 137 oyunda 4 qol, 2 asistlə yadda qalıb.