Tomas Müller "Bavariya"da qalır

"Bavariya"nın təcrübəli yarımmüdafiəçisi sabiq kulubunda çıxış etməyə davam edəcək.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə 2025-ci ilədək yeni müqavilə imzalanıb. 

Komandaya yeni qatılan ulduz futbolçu Harri Keyn instaqram hesabında paylaşım edərək : "Bundan gözəl xəbər ola bilməzdi. Təbrik edirəm və sevincliyəm",-deyib. 

Qeyd edək ki, mövsümün başlanğıcında Tomas Müllerin komandadan ayrılacağı ilə bağlı məlumat verilsə də "Bavariya" kulbu futbolçu ilə 2 illik müqavilə imzalayıb.