Toni Kross ərəb azarkeşləri ələ saldı

Səudiyyə Ərəbistanına transfer olunan futbolçuları tənqid edən Kross "Riyad Al-Avval Park"da azarkeşlərin təziqinə məruz qaldıqdan sonra “tribunalar möhtəşəm idi” açıqlamasını verdi.

Sportline.az xəbər verir ki, "Real Madrid"-"Atletiko Madrid" arasında keçirilən "Super Kubok"un yarımfinal qarşılaşmasında Toni Kross hər topa toxunduğunda tribunaların xoşa gəlməz reaksiyalarına məruz qalıb.
Kross Səudiyyə Ərəbistanı haqqında açıqlamasında : “Kriştianu Ronaldu kimi hərkəs bu qərarı özü verməlidir.Kariyeralarının sonlarına doğru bunu etməlidirlər",-deyib.

Alman ulduz matcdan sonra  təziqə məruz qalması haqqında “Çox əyləncəli idi.Tribunalar möhtəşəm idi",-deyib.

Qeyd edək ki, “Real Madrid” “Atletiko Madrid”i əlavə vaxtda 5-3 hesabı ilə məğlub edərək finala yüksəlib.