"Toronto", "Denver" və "Qolden Steyt"dən növbəti qələbə

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə azarkeşlər daha 8 oyuna şahidlik ediblər.

Favoritlərdən "Toronto Reptors", "Qolden Steyt Uarriors", "Filadelfiya Sveinti-siksers" qələbəyə sevinib. "Denver Naqqets" isə "Mayami Hit"lə gərgin keçən görüşün son saniyələrində qələbəni təmin edib.

Nəticələri diqqətinizə çatdırırıq:

"Klivlend Kavaliers" - "İndiana Peysers" - 115:123

"Filadelfiya Sevinti-siksers" - "Vaşinqton Uizards" - 132:115

"Mayami Hit" - "Denver Naqqets" - 99:103

"Toronto Reptors" - "Atlanta Houks" - 104:101

"Oklahoma Siti Tander" - "Minnesota Timbervulfs" - 117:119

"Feniks Sans" - "Sakramento Kinqs" - 115:111

"Qolden Steyt Uarriors" - "Nyu York Niks" - 122:95

"Los Anceles Klippers" - "Şarlott Hornets" - 128:109