"Toronto" məğlub oldu, "Hyuston"dan növbəti qələbə

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha 6 qarşılaşma təşkil olunub.

Favoritlərdən "Toronto Reptors" "Klivlend Kavaliers"lə görüşdə uduzub. "Hyuston Rokets" isə "Şarlott Hornets"ə gücünü göstərib.

Nəticələri diqqətinizə çatdırırıq:

"Klivlend Kavaliers" - "Toronto Reptors" - 126:101

"Vaşinqton Uizards" - "Sakramento Kinqs" - 121:115

"Bruklin Nets" - "Detroyt Pistons" - 103:75

"Hyuston Rokets" - "Şarlott Hornets" - 118:106

"Yuta Cazz" - "Oklahoma Siti Tander" - 89:98

"Los Anceles Klippers" - "Boston Seltiks" - 140:115