"Tottenhem"i portuqaliyalı mütəxəsis çalışdıra bilər

"Tottenhem" avstraliyalı baş məşqçisi Ange Postekoğlu ilə yollarını ayıracaq.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem"in rəhbərliyi "Fulhem"in portuqaliyalı baş məşqçisi Marko Silvanı klubun sükanı arxasına gətirmək istəyir.

M.Silvanın "Fulhem"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Tottenhem" İngiltərə Premyer Liqasında 38 xalla 16-cı pillədə yer alır.