"Trabzonspor" gənc futbolçu ilə yollarını ayıra bilər

"Trabzonspor" kulbu gənc futbolçu Mehmet Aydını komandadan göndərə bilər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 21 yaşlı sağ cinah müdafiəçisi 3 oyundur əsas heyətdə yer ala bilməyib. 

Mehmet Aydın açıqlamasında daha çox forma geyinmə şansının olacağı kulubda çıxış etmək istədyii deyib."Trabzonspor" rəhbərliyi isə bununla bağlı açqılama verməyib. 

Qeyd edək ki, Mehmet Aydın bu mövsüm "Trabzonspor" forması ilə cəmi 11 oyunda meydana çıxıb.