Transfer mövsümünün sonuna kimi 4 futbolçu "Bavariya"nı tərk edəcək
"Bavariya" klubunun bu yay 4 futbolçusu ilə yollarını ayıracağı gözlənilir.
Sportline.az jurnalist Florian Plattenberqə istinadla xəbər verir ki, Matias De Lixt, Nussair Mazraui, Brayan Saraqosa (icarə) və Kinqsli Koman (icarə) komandanı tərk edəcək.
Xəbərdə bildirilir ki, Desire Douenin və Conathan Tanın transferləri Münxen tərəfinin De Lixt və Mazraouini satması ilə reallaşacaq.
Qeyd edək ki, "Bavariya" rəhbərliyi De Lixtin 50 milyon avro qarşılığında "Mançester Yunayted"ə keçəcəyinə ümid edir.