"Turan Tovuz" Türkiyəyə yollanacaq

"Turan Tovuz" klubunun qış hazırlıq planı açıqlanıb.

Sportline.az xəbər verir ki, komanda mövsümün ikinci yarısına hazırlıq məqsədi ilə yanvarın 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Lara bölgəsindəki "Ask Lara" otelində məskunlaşacaq kollektiv ayın 17-dək toplanışı burada davam etdirəcək.

"Turan Tovuz" həmçinin 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

Hələlik rəqiblər bəlli deyil.