Azərbaycanlı futbolçu "Manisa"da
“Sərtanın istedadına güvənirik”.
Sportline.az Report.az saytına istinadla xəbər verir ki, bunu Türkiyənin “Manisa” klubunun futbol şöbəsinin müdiri Ərdəm Özkan Azərbaycan millisinin üzvü Sərtan Taşkının transferi ilə bağlı danışarkən deyib.
Təqdimat mərasimində çıxış edən Ə.Özkan 26 yaşlı müdafiəçinin komandaya faydalı olacağına inandığını bildirib: “Sərtan Taşkın Azərbaycan Premyer Liqasının diqqət çəkən futbolçularından biridir. O, Azərbaycan millisinin formasını geyinmiş oyunçudur. Burada özünü inkişaf etdirərək, daha yaxşı yerlərə yüksələcək. Keçidin həm futbolçuya, həm də klubumuza xeyirli olmasını diləyirəm”.
Qeyd edək ki, “Turan Tovuz”dan transfer edilən Sərtan Taşkın TFF I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. “Manisa” 17 turdan sonra 19 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.