"Turan Tovuz"un sabiq futbolçusu yeni klubda

"Turan Tovuz"un sabiq futbolçusu Otto Con yeni klubda forma geyinəcək.

Sportline.az xəbər verir ki, nigeriyalı hücumçu “Əl-Mədinə” ilə vidalaşıb.

O, Liviyanın daha iddialı klublarından sayılan “Şvexli” ilə müqavilə bağlayıb. 

Qeyd edək ki, Otto Con 2023-2025-ci illərdə Tovuz təmsilçisinin şərəfini qoruyub.