Türkiyə Futbol Federasiyası legioner futbolçu sayı ilə bağlı qanunda dəyişiklik etdi

Türkiyə Futbol Federasiyası legioner futbolçu transferiylə bağlı yeni qərar qəbul edib. 

Sportline.az TFF-nin rəsmi saytına istinadla xəbər verir ki, Türkiyə klubları 14 legioner futbolçu yerinə 12 oyunçu transfer edə biləcək və əsas heyətdə yerli futbolçu oynatmamaq hüququna sahib olacaqlar. 

Əlavə olaraq isə komandaların oyun öncəsi sifariş vərəqəsinə 30 yox, 26 futbolçunun əlavə edilə biləcəyi deyilib. 

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası yerli akademiyaılardan futbolçu transfer etmənin şərt olduğunu bildirib.