Türkiyəli futbolçunun yeni klubu müəyyənləşib

Türkiyəli yarımmüdafiəçi Salih Özcan Dortmund "Borussiya"sından digər Bundesliqa klubu "Volfsburq"a transfer olunub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, transfer 1 illik icarə əsasında gerçəkləşib.

Salih ötən mövsüm "sarı-qaralar"la 34 oyunda çıxış edib.O, həmçinin AVRO 2024-də 3 oyunda Türkiyə millisinin şərəfini qoruyub.

Qeyd edək ki, Salih Özcanın Dortmund klubu ilə daha 2 il müqaviləsi var.