Türkiyə klubu 14 il sonra böyük hesablı qələbəyə sevindi

Türkiyə nəhənglərindən olan "Fənərbağça" "Konyaspor"la matça tarixi nəticəyə imza atıb.

Sportline.az sporx.com-a istinadla xəbər verir ki, "Fənərbağça" klubu sonuncu dəfə 2009-cu ildə "Hacettepe"ni 7-0 hesabı ilə məğlub edib.

"Konyaspor"la görüşdə 7-1 hesabı ilə qalib gələn "sarı lacivertlər" 14 il sonra yenidən tarixi nəticəyə imza atıblar.

Qeyd edək ki, xsllarının sayını 50-yə çatdıran "Fənərbağça" hazırda turnir cədvəlinin vahid lideridir. "Qalatasaray" rəqibindən 3 xal geri qalır.