Türkiyə klubu yeni baş məşqçiylə razılaşıb.
"Konyaspor" klubu Hakan Keleşin istefasından sonra yeni məşqçi ilə razılaşıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Konyaspor" klubu "Fənərbağça" ilə matçda 1-7 hesabı ilə məğlub olduqdan sonra istefa verən Hakan Keleşin yerinə Ömər Ərdoğanla müqavilə imzalayıb.
Ömər Ərdoğan "Alanyaspor"la oktyabır ayında müqaviləyə qarşılıqlı xitam verdikdən sonra klubsuz qalıb.
Qeyd edək ki, təcrübəli mütəxəssis daha öncə "Ankaragücü","Hatayspor","Fatih Karagümrük" və "Bursaspor" klublarını çalışdırıb.