Türkiyə klubuna transfer olunan azərbaycanlı futbolçu debüt matçında qalib gəldi
Türkiyənin "Manisa" klubuna transfer olunan azərbaycanlı futbolçu debüt matçına çıxıb.
Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 27 yaşlı futbolçu Sərtan Taşkın bu gün keçirilən "Kocaelispor"la oyunda əsas heyətdə yer alıb.
"Turan Tovuz" klubundan transfer olunan futbolçunun çıxış etdiyi komanda hazırda Türkiyənin 1-ci liqasında mübarizə aparır. Komanda 22 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Manisa"-"Kocaelispor" görüşü meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.