Türkiyə futbolunda qalmaqal bitmir
Türkiyədə kişi futbolçunu qadın adı ilə oynadan komanda TFF-tərəfindən liqadan uzaqlaşdırıla bilər.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Beşiktaş" - "ALQ Spor" klubularının qarşılaşmasında 1-2 hesabı ilə məğlub olan meydan sahibləri bəyanat yayıblar.
"Beşiktaş" rəsmiləri açıqlamada :"ALQ Spor" klubunun heyətində çıxış edən Patrisiya Minqasın səhifəsinə baxdığınız zaman kişi olduğunu görə bilərsiniz. Sadəcə şəxsiyyət vəsiqəsini dəyişərək qadın adı ilə oynadırlar. Bu hərəkətə nə ad vermək olar bilmirik",-deyiblər.
Qeyd edək ki, TFF rəsmiləri məsələ ilə bağlı araşdırma aparacaqlarını və deyilənlərin gerçək olduğu ortaya çıxacağı təqdirdə "ALQ Spor" klubunun liqadan kənarlaşdıracaqlarını bildiriblər.