Türkiyədə klub prezidenti güllələnib

Türkiyənin "Esnaf Spor" kulubunun prezidenti Ahmet Ulaş parkinq yerini icarə əsasında verdiyi şəxs tərəfindən güllələnib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, həmən ərazini icarə əsasında Ahmet Ulaşdan alan Levent Kalaycı kulub prezidentinin otağına daxil olaraq 9 dəfə atəş açıb. 

İstanbul polisinin verdiyi məlumata əsasən Ahmet Ulaşın vəziyyətinin ağır olduğu bildirilib. 

Qeyd edək ki, Levent Kalaycı hadisə yerində polis tərəfindən saxlanılıb.Açıqlamasında isə :"Etdiyim şey üçün peşman deyiləm",-deyib.