Türkiyəli müxbir ailəsi ilə birlikdə zəlzələ qurbanı oldu

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həyatını itirənlər arasında jurnalist də var.

Sportline.az xəbər verir ki, Demirören Xəbər Agentliyinin (DHA) Hatay üzrə müxbiri İzzet Nazlı dünyasını dəyişib. Bu barədə sözügedən agentliyin mətbuat xidməti məlumat yayıb. İ.Nazlı həyat yoldaşı və 2 övladı ilə birlikdə dağıntılar altında qalaraq faciəvi şəkildə dünyasını dəyişib.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində çox sayda ölənlər və yaralananlar var. 

Banner