UEFA Çempionlar Liqası matçında nümayiş edilən pankarta görə "Barselona"nı cəzalandırıb
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) nəzarət, intizam və etik qurumu "Monako" ilə Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci tur matçında (1:2) "Barselona"nı nasist bayrağına görə cəzalandırıb.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, sentyabrın 19-da Monakodakı stadionun qonaqlar üçün tribunasında nasist şüarının mətninin Kataloniya komandasının baş məşqçisi Hans-Diter Flikin adına uyğun dəyişdirildiyi pankart görülüb. Bannerdə "Sieg" sözünün əvəzinə "Flick" yazılıb.
UEFA-nın verdiyi cəzaya görə "Barselona" növbəti səfər oyununu azarkeşsiz keçirəcək. Kluba həmçinin 10000 avro dəyərində sanksiya tətbiq edilib.
Qeyd edək ki, "Barselona" növbəti səfər matçını noyabrın 6-da "Srvena Zvezda"ya qarşı keçirəcək.