Uefa Çempionlar Liqasında bu gün

Bu gün Uefa Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin daha 3 oyunu keçiriləcək.

Sportline.az xəbər verir ki, "Qarabağ"ın növbəti mərhələdəki potensial rəqibləri "Ludoqorets' və "Dinamo" Minsk Bolqarıstanda üz üzə gələcəklər.

"Huvepharma Arena"da baş tutacaq qarşılaşmanın start fiti saat 22:00-da səslənəcək.

Günün digər oyunlarında isə PAOK "Borac Banja Luka" ilə (21:30), "Çelye" 'Slovan" Bratislava ilə (22:15) qarşılaşacaq.