UEFA Çempionlar Lİqasında bu gün

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları start götürür.

Sportline.az xəbər verir ki, günün maraqlı görüşlərindən birində "Qalatasaray" 2-3 hesabı ilə məğlub olduğu görüşün revanşında İstanbulda "Yanq Boys"la qarşılaşacaq.

Bu oyunla yanaşı daha 2 qarşılaşma keçiriləcək:

"Zalsburq" - "Dinamo" Kiyev (ilk oyun 2-0)

"Sparta" Praqa - "Məlmö" (ilk oyun 2-0).

Qeyd edək ki, hər 3 görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.