UEFA Konfrans Liqası: "Samsunspor" "Maynts"a uduzdu
Bu gün UEFA Konfrans Liqasının Liqa mərhələsində sonuncu - VI turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, 18 qarşılaşmanın hamısı eyni saatda start götürüb.
Türkiyənin "Samsunspor" klubu səfərdə "Maynts 05" ilə üz-üzə gəlib. "Fiorentina" isə İsveçrədə "Lozanna"nın qonağı olub.
UEFA Konfrans Liqası
Liqa mərhələsi
VI tur
AZ (Niderland) - "Yagelloniya" (Polşa) 0:0
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Riyeka" (Xorvatiya) 0:0
"Slovan" (Slovakiya) - "Hakken" (İsveç) 1:0
"Legiya" (Polşa) - "Linkoln" (Cəbəllütariq) 4:1
"Sparta" (Çexiya) - "Aberdin" (Şotlandiya) 3:0
"Dinamo" (Kiyev, Ukrayna) - "Noa" (Ermənistan) 2:0
"Kristal Pelas" (İngiltərə) - "KuPS" (Finlandiya) 2:2
"Rayo Valyekano" (İspaniya) - "Drita" (Kosovo) 3:0
"Şemrok Rovers" (İrlandiya) - "Hamrun" (Malta) 3:1
"Omoniya" (Kipr) - "Rakuv" (Polşa) 0:1
"Maynts 05" (Almaniya) - "Samsunspor" (Türkiyə) 2:0
"Strasburq" (Fransa) - "Breydablik" (İslandiya) 3:1
"Sele" (Sloveniya) - "Şelburn" (İrlandiya) 3:1
"Zrinski" (Bosniya və Herseqovina) - "Rapid" (Avstriya) 1:1
AEK (Yunanıstan) - "Universitatya" (Rumıniya) 3:2
"Siqma" (Çexiya) - "Lex" (Polşa) 1:2
AEK (Larnaka, Kipr) - "Şkendiya" (Şimali Makedoniya) 1:0
"Lozanna" (İsveçrə) - "Fiorentina" (İtaliya) 1:0
UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsi 2026-cı il fevralın 19-20-də başlayacaq.