UEFA xərçəngdən əziyyət çəkən mütəxəssisi dəstəklədi
Məşhur isveçli futbol mütəxəssisi Sven - Yoran Erikssonda onkoloji xəstəlik aşkarlanıb.
Sportline.az xəbər verir ki, UEFA təcrübəli məşqçini dəstəkləmək məqsədi ilə X sosial səhifəsində paylaşım edib.
Qitənin ali futbol qurumu "Bütün Avropa futbolu səsninlədir, Sven" yazısı ilə ona dəstəyini bildirib.
Qeyd edək ki, 75 yaşlı Eriksson karyerası ərzində İngiltərə millisi ilə yanaşı, "Benfika", "Roma", "Sampdoriya" və "Latsio" klublarının baş məşqçisi olub.