Ukrayna - İspaniya oyunu təxirə salınıb

Basketbol üzrə Ukrayna və İspaniya milli komandaları arasında dünya çempionatının seçmə oyunu təxirə salınıb.

Sportline.az Beynəlxalq Basketbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, fevralın 27-də Kiyevdə təşkili planlaşdırılan qarşılaşma regiondakı qeyri-sabit hərbi-siyasi vəziyyətlə əlaqədar ertələnib.

Komandalar plan üzrə ilk görüşü fevralın 24-də İspaniyanın Kordoba şəhərində keçirəcəklər.

Qeyd edək ki, Ukrayna ilə İspaniya dünya çempionatının seçmə mərhələsində Gürcüstan və Şimali Makedoniya ilə birlikdə G qrupunda yer alıblar. Qrupa 4 xalla İspaniya başçılıq edir. Gürcüstan və Ukraynanın 3, Şimali Makedoniyanın 2 xalı var.