Ulduz futbolçu zorlamada günahlandırılır

"Barselona"nın sabiq futbolçusu Dani Alveş məhkəmə qarşısında cavab verməli olacaq.

Sportline.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi zorlamada təqsirləndirilir.

Məhkəmə prosesinin fevralın 5-dən 7-dək baş tutacağı bildirilir.

40 yaşlı futbolçunun 9 ilədək azadlıqdan məhrum olunacağı gözlənilir.

Zərəçəkmiş tərəf həmçinin ondan 150 min avro kompensasiya tələb edib.

Yanvarın 20-də Dani Alveşin İspaniyada seksual zorakılıqla bağlı saxlandığı açıqlanmışdı. 

Məşhur futbolçu o vaxtdan təcridxanada saxlanılırdı.