Umut Melerə yumruq atan Faruk Koca hakim qarşısına çıxıb
Türkiyəli hakim Halil Umut Melerə "Ankaragücü" - "Çaykur Rizespor" matçında xəsarət yetirən Faruk Koca haqqında tələb olunan cəza bəlli olub.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Halil Umut Melerin vəkilləri Ankara Qərb Respublika Baş Prokurorluğunda aparılan istintaqda Faruk Kocanın cəzasının qəsdən adam yaralama maddəsi ilə 3 il 4 aydan, 10 il 1 ay 15 günə artırılmasını tələb ediblər.
Stadiona sonradan daxil olan və baş hakimi vuran Kənan Çelikkaya, Soman Erkan Can və Şahin Yunus da şübhəli qismində saxlanılıb.
Qeyd edək ki, Ankara Qərb 3-cü Asliye Cəza Məhkəməsi son qərarını açıqlamayıb.