Valverde istefa haqda düşünmür

"Barselona"nın baş məşqçisi Ernesto Valverde istefa məsələsinə aydınlıq gətirib.

Sportline.az xəbər verir ki, İspaniya mətbuatına danışan mütəxəssis istefa verməyi düşünmədiyini deyib. O, hələ bir müddət də komandanı çalışdıracağını bildirib. Qeyd edək ki, “Barselona”nın UEFA Çempionlar Liqasının yarımfinalında "Liverpul"a 0:4 hesabı ilə uduzduğu cavab oyunundan sonra Valverdenin istefaya göndəriləcəyi xəbərləri yayılmışdı.