Van Der Sar Onananı təbrik edib
"Mançester Yunayted"in keçmiç qolkiperi Van Der Sar Onanaı "Liverpul"la görüşdə göstərdiyi performansa görə təbrik edib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "qırmızı şeytanlar"ın sabiq qolkiperi kamrunlu futbolçu haqqında danışarkən: "Andre Onana bəlkədə uzun müddət sonra ilk dəfə bütün azarkeşlərin rəğbətini qazandı. Bundan sonra belə davam etməlidir ki, komanda uğurlar əldə edə bilsin",-deyib.
Niderlandlı qolkiper Van Der Sar instaqram profilində də Onananı etiketləyərək: "Əhsən. Əl idin",-deyib.
Qeyd edək ki, Andre Onana "Liverpulla" görüşdə 8 dəfə qurtarış edərək komandasını məğlubiyyətdən xilas edib.