Van Qaal mətbuat konfransında jurnalisti bağrına basdı

Niderland millisinin baş məşqçisi Lui Van Qaalın dünən keçirdiyi mətbuat konfransında maraqlı anlar yaşanıb.

Sportline.az xəbər verir ki, hadisə DÇ-2022-nin Ekvadora qarşı keçiriləcək Ekvadora qarşı oyunu ilə bağlı təşkil olunan tədbirdə baş verib. Mətbuat konfransında iştirak edən seneqallı jurnalist Papa Mahmoud Gueye holland mütəxəssisə onu çox istədiyini deyib.

"Sizə sualım yoxdur. 3 yaşımdan bəri sizin azarkeşinizəm. Sadəcə bunları demək istədim. Çünki indi bunları demək üçün yaxşı bir fürsət əldə etdim. Sizi sevirəm" - deyə jurnalist bildirib.
   
Van Qaal isə jurnalistin bu yanaşmasından məmnunluğunu ifadə edib. O deyib: "Bunu dediyinə sevindim. Ciddi sözümdür. Ona görə ki, insanlar belə şeyləri mənə çox demirlər. Bu səbəbdən də daha sonra mən səni bağrıma basacağam".

Van Qaal dediyini edib. O, mətbuat konfransı bitəndən dərhal sonra seneqallı jurnalistə yaxınlaşıb və onu qucaqlayıb.

Birinci video

İkinci video