Veysəl Rzayevin cəzası açıqlandı

“Turan Tovuz”un futbolçusu Veysəl Rzayevin cəzası bəlli olub.

Sportline.az xəbər verir ki, onunla bağlı qərarı AFFA-nın İntizam Komitəsi verib.

Qurum Veysəlin Premyer Liqanın XXIX turunun “Səbail”lə səfər matçından sonrakı davranışını müzakirə edib.

Qarşılaşma bitdikdən sonra azarkeşi vurmağa cəhd edən Rzayev 1-i şərti olmaqla 2 oyun cəzalandırılıb.

Sınaq müddəti 3 ay təyin edilib. “Turan Tovuz” klubu isə 2000 manat cərimələnib.