"Vilyarreal" - "Atletiko" matçı ABŞ-da olacaq

Futbol üzrə İspaniya çempionatının oyunu ABŞ-ın Mayami şəhərində keçiriləcək.

Sportline.az “Marca”ya istinadən xəbər verir ki söhbət La Liqanın XVI turu çərçivəsində baş tutacaq “Vilyarreal” – “Atletiko” matçından gedir. Bildirilir ki, hər iki klub görüşün 65 min tamaşaçı tutumuna malik “Hard Rok” stadionunda reallaşmasına razılıq verib.

Qeyd edək ki, ötən mövsüm La Liqa rəhbərliyi “Barselona” - “Jirona” oyununu da ABŞ-da təşkil etmək istəyib. Lakin müxtəlif səbəblərdən bu, gerçəkləşməyib. 

Banner