"Vulverhempton" 18 yaşlı hücumçusunu satmayacaq
"Vulverhempton" 18 yaşlı hücumçusu Mateus Maneni satmaq niyyətində deyil.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, İngiltərə klubu oyunçunu önəmli fiqur hesab edir.
İngiltərə U-18 millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 25 matçda 7 qol, 6 asistlə yadda qalıb.
Qeyd edək ki, M.Manenin dəyəri 250 min avrodur.