"WhoScored" portalı Avro 2024-ün yarımfinalının simvolik komandasını təqdim edib

Məşhur analitik internet portalı "WhoScored" 2024-cü il Avropa çempionatının yarımfinal oyunlarının nəticələrinə əsasən simvolik komandanı təqdim edib.

Sportline.az xəbər verir ki, rəzmi heyətə aşağıdakı oyunçular daxil olublar.

Qapıçı: Unai Simon (İspaniya)

Müdafiəçilər: Luk Şou (İngiltərə), Emerik Laport (İspaniya), Con Stons (İngiltərə), Jul Kunde (Fransa)

Yarımmüdafiəçilər: Dani Olmo (İspaniya), Xavi Simons (Niderland)

Hücumçular: Kilyan Mbappe (Fransa), Lamin Yamal (İspaniya), Ole Vatvins (İngiltərə), Harri Keyn (İngiltərə).

Qeyd edək ki, çempionatın yarımfinal mərhələsində İspaniya Fransanı, İngiltərə isə Niderland seçməsini 2-1 hesabı ilə məğlub edib.

İspaniya-İngiltərə arasındakı final qarşılaşması iyulun 14-də Berlində keçiriləcək.