Xabi Alonso "Real Sosyedad"da

İspaniya millisinin sabiq üzvü Xabi Alonso "Real Sosyedad"ın əvəzedici komandasının baş məşqçisi təyin olunub.

Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Qeyd edək ki, Alonso 2018/2019 mövsümündə "Real"ın U-13 komandasını çalışdırıb və çempion olub.

Xatırladaq ki, "Real Sosyedad"ın əvəzedici komandası İspaniya Sequnda B-də çıxış edir.