Xames Rodriqesdən son xəbər

"Real"ın zədəli futbolçusu Xames Rodriqes tibbi müayinədən keçib.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kolumbiya millisinin düşərgəsində zədələnən yarımmüdafiəçinin sol diz bağlarında problem aşkarlanıb. Onun təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, Xames La Liqada "Real Sosyedad" (23 noyabr), "Alaves" (20 noyabr) və Çempionlar Liqasında PSJ (26 noyabr) ilə görüşləri buraxacaq.