Xavi "Barselona"ya qayıdır

Xavi Ernandes "Barselona"nın baş məşqçisi postuna namizəddir. 

Sportline.az xəbər verir ki, bu barədə "Mundo Deportivo"nun jurnalisti Fransesk Agilar məlumat yayıb. 

Hazırda Qətərin "Əl Sədd" komandasını çalışdıran Xavi, mövsüm başa çatandan sonra hazırkı baş məşqçi Kike Setyeni əvəzləyəcək. 

Kataloniya təmsilçisinin prezidenti Xosep Bartomeu Xavi ilə danışıqlardan əvvəl futbolçularla məsləhətləşib. 

Qeyd edək ki, Xavi Ernandes 1998 - 2015-ci illərdə "Barselona"nın şərəfini qoruyub.