Xavi “İnter Mayami”nin baş məşqçisi ola bilər

“Barselona”nın sabiq baş məşqçisi Xavi “İnter Mayami” klubunu çalışdırmağa yaxındır.

Sportline.az “Marca” qəzetinə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarından olan komandanın rəhbərliyi ispaniyalı mütəxəssislə danışıqlar aparır. Yaxın vaxtlarda isə klubun argentinalı baş məşqçisi Xerardo Martino istefaya göndəriləcək. Xatırlaaq ki, “İnter Mayami”də sabiq “Barselona”lılardan Lionel Messi, Jordi Alba, Serxio Buskets və Luis Suarez çıxış edir.

Deyilənə görə, məhz bu oyunçular rəhbərlikdən Xavinin komandaya gətirilməsini xahiş edib.