Xavidən sərt açıqlama

“Barselona” klubunun sabiq baş məşqçisi Xavi Hernandez sərt açıqlaması ilə gündəmə gəlib.

Sportline.az “Relevo” nəşrinə istinadən xəbər verir ki, Xavi İngiltərə Premyer Liqasında çıxış edən futbolçuların çoxunun şişiridilmiş oyunçular olduğunu söyləyib.

“Medya İngiltərə Premyer Liqasındaki oyunçuların çoxunu şişirdir. Orada bir oyun yaxşı oynamaqla əfsanəyə çevrilirsən. Bunuda medya şişirdir. Ən böyük günahkar elə məhz onlardır”, - deyə Xavi bildirib.

Qeyd edək ki, Xavi Hernandez hazırda heç bir klubda fəaliyyət göstərmir.