ÇL: "Yanq Boys"-"Qalatasaray" oyununun hakimi bəlli olub

"Qalatasaray"ın Çempionlar Liqasının pley-off turunun ilk oyununda "Yanq Boys"la qarşılaşacağı oyunun hakimi müəyyənləşib.

Sportline.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İsveçrədə keçiriləcək qarşılaşmanı almaniyalı hakim Daniel Sibert idarə edəcək.

Yax xəttə ona Yan Sidel və Rafael Foltin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Şlaqer yerinə yetirəcək.VAR-da Kristian Dinqert,  AVAR-da Benjamin Kortus təyinat alacaqlar.

Xatırladaq ki, avqustun 21-də "Wankdorf" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.