Yarımfinal və finalın rəsmi topu

FİFA DÇ-2022-nin yarımfinal və final oyunlarının rəsmi topunu təqdim edib.

Sportline.az qurumun saytına istinadən xəbər verir ki, top "Al Hilm" adlanır. Bu, ərəb dilindən tərcümədə "Arzu" deməkdir.

Qeyd edək ki, Qətərdə keçirilən mundialın yarımfinal matçları dekabrın 13-ü və 14-də, final görüşü isə 18-də olacaq. Yarımfinalda Argentina Xorvatiyanı, Fransa isə Mərakeşi sınağa çəkəcək.