Yunan-roma güləşçilərimizdən 9 medal
Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi başa çatıb. SportLine.az xəbər verir ki, yarışın son günündə yunan-roma güləşçiləri xalça üzərinə çıxıblar. Bu növdə mübarizə aparan pəhləvanlarımızdan 9-u fəxri kürsüyə yüksələ bilib. Onlardan Şalva Qadabadze (98 kq) və Sabah Şəriəti (130 kq) turnirin baş mükafatını qazanıb. Kamran Məmmədov (66 kq), Rüstəm Əliyev (71 kq) və Rafiq Hüseynov (80 kq) yalnız final görüşündə uduzaraq gümüş medala yiyələnib. Bürünc medalları isə komandamıza Eldəniz Əzizli (59 kq), Həsən Əliyev (66 kq), Elvin Mürsəliyev (80 kq) və İslam Abbasov (85 kq) qazandırıb.
Xatırladaq ki, sərbəst güləşçilərimiz 3 qızıl, 4 gümüş və 4 bürünc, qadın güləşçilərimiz 1 gümüş medal əldə edib.