Yürgen Klopp "Liverpul" azarkeşlərini tənqid edib

"Liverpul"un təcrübəli baş məşqçicisi Yürgen Klop "Enfyıld"a gələn azarkeşlərə səslənib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis "Vesthem Yunayted"lə görüşdə 5-1 hesabı ilə qalib gəlmələrinə baxmayaraq azarkeşlərin üzündə məyyusluq olduğunu deyib. 

Yürgen Klopp azakreşlərə səslənərək:"Qarşıda "Arsenal"la oyunumuz var. Siz əgər bu görüşdəki kimi həvəssiz olacaqsınızsa biz meydana çıxmayaq. Futbol azarkeşlər üçün oynanır amma sizin üzünüzdə sadəcə məyyusluq var",-deyib.

Qeyd edək ki, İngiltərə kubokunda "Vesthem Yunayted"ə  5-1 hesabı ilə qalib gələn "Liverpul"un növbəti mərhələdəki rəqibi "Fulhem" olub.