"Yuta" və "Boston"dan növbəti qələbə
Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə azarkeşlər daha 5 oyuna şahidlik ediblər.
Oyun günü "Boston Seltiks" və "Yuta Cazz"ın qələbəsi ilə yadda qalıb. "Mayami Hit" isə "Oklahoma Siti Tander"lə görüşdə uduzub.
Nəticələri diqqətinizə çatdırırıq:
"Şarlott Hornets" - "Memfis Qrizzlis" - 100:92
"Nyu York Niks" - "Boston Seltiks" - 99:113
"Mayami Hit" - "Oklahoma Siti Tander" - 102:118
"Yuta Cazz" - "Atlanta Houks" - 128:112
"Denver Naqqets" - "Hyuston Rokets" - 136:122