"Yuta" və "Toronto" məğlub oldu

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında növbəti oyunlar keçirilib. SportLine.az xəbər verir ki, azarkeşlər ötən gecə daha 4 oyuna şahidlik ediblər.

Gecə "Yuta Cazz" və "Toronto Reptors"un məğlubiyyəti ilə yadda qalıb.

"Detroyt Pistons" - "Nyu Orleans Pelikans" - 108:116

"Toronto Reptors" - "Milouki Baks" - 99:104

"Sen Antonio Spörs" - "Yuta Cazz" - 110:97

"Nyu York Niks" - "Şarlott Hornets" - 107:119