"Yuventus" "Mançester Siti" ilə danışıqlara başlayıb

"Yuventus" "Mançester Siti"nin 28 yaşlı müdafiəçisi Kalvin Filipsin transferində maraqlıdır. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "qoca sinyor" müdafiə xəttini gücləndirmək üçün Kalvin Filipsi transfer etmək qərarına gəlib. 

"Mançester Siti" rəhbərliyi futbolçu ilə yollarını ayırmaq istədiyini və "Yuventus"un təklifini qəbul edəcəklərini bildiriblər. 

Qeyd edək ki, Kalvin Filips bu mövsüm "Mançester Siti" forması ilə çıxdığı 9 oyunda 1 qolla yadda qalıb.