“Yuventus”u “Nottingem Forest”ə dəyişə bilər
“Yuventus”un brazilyalı futbolçusu Duqlas Luiz karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az “Relevo”ya istinadən xəbər verir ki, “Nottingem Forest” Duqlas Luizi transfer etmək niyyətindədir.
26 yaşlı futbolçunun “Yuventus”la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Duqlas Luiz bu mövsüm 23 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.